Bildirişlər
1. Cihad düşmənin vəziyyəti və məqsədləri haqqında məlumatlara əsaslanmalıdır.
2. İslamı qəbul etdiyini deyənləri qoynunuza alın.
3. Cihad cəbhəsində gücünüzdən sui-istifadə etməyin.
4. Başqalarına dinsizlik damğası vurmaq, tələsik halda insanları küfrdə ittiham etmək qadağandır.
5. Biz insanların batini yox, zahiri əsasında rəftar etməliyik. Əgər qarşı tərəfin dediyini qəbul etmiriksə, dərhal rədd etmək də olmaz.
6. Elə düşünməyin ki, yalnız bir şəxsin iddiasının qəbulu üçün dəlil lazımdır. Bu iddianı rədd etmək üçün də dəlilə ehtiyac var.
7. Maddi məqsədlərlə başqalarını küfrdə suçlamayın.
8. Döyüşlərdə maddi məqsədləri kənara qoyun. Cihadın müqəddəsliyini qənimət tamahı ilə sındırmayın.
9. Canını ovcunda tutmuş mücahidlər də dünya cazibələrindən xilas ola bilmirlər.
10. Cihadda məqsəd başqalarını İslama gətirməkdir, qənimət əldə etmək yox! Qənimət xatirinə başqalarını dinsizlikdə suçlamayın.
11. Cihadda niyyəti maddi rənglərdən qorumaq çox mühümdür.
12. Dünya ötəri, davamsızdır.
13. Mömin mücahidin əxlaqı zöhd və dünyaya etinasızlığa əsaslanmalıdır.
14. Araşdırmamış, tələsik addım atmayın. Allah maddi problemləri həll edər.
15. İlahi mükafatlar haqqında düşüncə insanın nəzərində dünyanı kiçildir.
16. Maddi nemətləri də Allahdan istəyin.
17. İnsan fitrətən maddi mənafelər sorağındadır. Bu ehtiyac bir yolla ödənməlidir. Yaxşı olar ki, üstün dəyərləri tanımaqla, fitri meyllərə istiqamət verməklə ruhumuzu cüzi və dəyərsiz faydalar uçurumuna süqut etməkdən qoruyaq.
18. Dünyapərəstlik cahillik xüsusiyyətidir.
19. Özünüzü başqalarının yerinə qoyub, sonra mühakimə yürüdün. Siz də bir gün qarşınızdakı kimi geridə idiniz.
20. İmanınıza görə qürrələnməyin. Bu iman Allahdandır.
21. İlahi hidayətlər Allahın bizə olan minnətidir.
22.Nemətlər verildikcə məsuliyyət də artır.
23. Nahaq qətlin təhlükə və zərəri düşmənlər tərəfindən nifaq və qənimətləri itirmək təhlükəsindən və zərərindən daha böyükdür. Xalqın malını, canını və şəxsiyyətini qorumağı öhdəsinə götürənlər ehtiyatlı olmalı, dəqiq araşdırma aparmalıdırlar.
24. Nə tez inanan olun, nə də inkarçı.
25. Döyüş meydanlarında günahsızların da qətlə yetirilməsi şəraiti böyük olur. Ağıl və hövsələ ilə bu işdən çəkinin. Hissə qapılmayın. Allah agah və görəndir.
95. ﴿لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا﴾
“Heç bir üzr olmadan cihaddan geri çəkilən möminlər öz malı və canı ilə Allah yolunda cihad edən mücahidlərlə eyni deyil. Allah malı və canı ilə cihad edənləri (döyüşdən) geri oturanlardan bir dərəcə üstün etmişdir. Allah bütün möminlərə daha yaxşı vəd vermişdir. Amma Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün qərar vermişdir.”
Dostları ilə paylaş: |