◘Bədr döyüşündən sonra Məkkə kafirləri həmin şəhərin camaatını müsəlmanlarla döyüşə çağırdılar və hədələdilər ki, bu göstərişə qarşı çıxıb savaşda iştirak etməyənlərin evləri viran qoyulacaq və var-dövlətləri müsadirə ediləcək. Həmin vaxt hələ ki, hicrət etməyib Məkkədə qalan bəzi müsəlmanlar can qorxusundan kafirlərlə birlikdə müsəlmanlara qarşı döyüşə getdilər. Həmin müsəlmanlardan Bədrdə öldürülənlər oldu. Bu barədə ayə nazil oldu və küfr mühitində qalıb hicrət etməyənlər, özünə zülm edənlər məzəmmət edilib, təqsirləndirildi.
◘Rəvayətdə deyilir: Dinini qorumaq üçün hicrət məqsədi ilə hətta bir addım atan kəs behişt əhli, həzrət Məhəmməd (s) və İbrahimin yoldaşıdır.1