Nöqtələr
◘Küfrü dəf etmək üçün bir tədbiri, haqqa təslim olmaq üçün bir yolu olmayanlar müstəzəfdirlər və Allah onların öhdəsindən vəzifəni götürmüşdür.1
◘İmam Baqir (ə) buyurmuşdur: “Ağlı uşaq səviyyəsində olan kişilər və qadınlar müstəzəfdir.”2
Bildirişlər
1. Vəzifəli olmaq üçün şərtlərdən biri insanın qüdrətidir.
2. Küfrün ağuşunda olan qadınlar və uşaqların da qüvvəsi çatdıqda hicrət onlara vacib olur.
3. Həqiqi müstəzəf hicrət gücü yetməyən, kafirlərin və müşriklərin işkəncəsindən qaçmaq yolu olmayan kəsdir.
4. İmkan olduğu halda dini maarifə yiyələnməmək günah və insanın özünə zülmüdür.
5. Gerçək üzrlər qəbul olur. Amma saxta üzrxahlıq və bəhanəçilik məqbul deyil.
6. Hicrət o qədər mühümdür ki, giriftar və aciz insanların hicrəti tərk etmə günahının bağışlanması haqqında danışılarkən qəti bir söz deyilmir, “bəlkə də; ümid var” ifadəsi işlədilir.
100. ﴿وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا﴾
“Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çoxlu və geniş sığınacaqlar tapar. Hər kəs hicrət edərək evindən çıxıb Allaha və Onun peyğəmbərinə üz tutsa, sonra onu ölüm yaxalasa, hökmən mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |