Bildirişlər
1. Gecə və gündüzün əvəz olunması, fəsillərin yaranması ilahi bərəkət və lütflərdən biridir.
2. Yaranışdan əlavə bütün dəyişiklik və tədbirlər Onun əlindədir.
3. Allahın qüdrəti məhdud deyil. O, ölüdən diri, diridən ölü ərsəyə gətirir.
4. İlahi lütf çeşməsi nəhayətsizdir. Ruzi hesabsızdır, yəni ruzi çeşməsi üçün heç bir məhdudiyyət yoxdur.
28. ﴿لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ﴾
“İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı və onları rəhbər seçməməlidirlər. Belə edənlərin Allah yanında heç bir dəyərləri yoxdur. Kafirlərdən qorxub təqiyyə edən istisnadır. (Daha mühüm məqsədlər naminə müvəqqəti olaraq onlarla keçinin.) Allah sizə xəbərdarlıq edir. Qayıdış Allaha doğrudur.”
Dostları ilə paylaş: |