Bildirişlər
1. Məxfi gecə məclislərində fitnə hazırlamaq xain münafiqlərin iş üsullarıdır.
2. Allahın hüzuruna, bütün sözlərdən və işlərdən xəbərdar olmasına iman ən mühüm təqva amilidir.
3. Allah bizim əməllərimizi yaxından görür.
4. Danışıq da əməldəndir. Ayədə bəyənilməmiş danışıqlar qeyd olunsa da, əməllər də bu qəbildəndir.
109. ﴿ هَاأَنتُمْ هَـؤُلاء جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَن يُجَادِلُ اللّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلاً ﴾
“Bəli, siz həmin kəslərsiniz ki, dünya həyatında onların tərəfini tutdunuz. Bəs qiyamət günü Allahın qarşısında onların tərəfini kim saxlayacaq? (Həmin gün) onların vəkili və müdafiəçisi kim olacaq?”
Dostları ilə paylaş: |