Nöqtələr
◘İmam Sadiq (ə) buyurmuşdur: “Ayədə yaxşı iş dedikdə “qərzül-həsənə”, yəni gözəl borc nəzərdə tutulmuşdur.2
◘İmam Sadiq (ə) buyurmuşdur: “Hətta yalan vasitəsi ilə insanlar arasında xoş münasibətlər yaratmaq bəyənilmişdir.”3
Bildirişlər
1. Pıçıldaşma - bir neçə hal istisna olmaqla - bəyənilməmişdir. Çünki bu hal möminlər arasında sui-zən yaradır.
2. Fikir bildirərkən insafla rəftar etmək lazımdır. Bütün pıçıltılara şübhə ilə yanaşmayaq.
3. Bəzən iki tərəf arasında dostluq yaratmaq üçün onların hər biri ilə ayrı-ayrılıqda məxfi görüşmək lazım gəlir.
4. Bəzən əmr be məruf və ya aşkar sədəqə qarşı tərəfin xəcalətinə və ya inadkarlığına səbəb olur. Belə hallarda pıçıltı ilə, gizli iş görmək lazımdır.
5. Xalqın heysiyyəti o qədər əhəmiyyətlidir ki, onun qorunması üçün xoşagəlməz pıçıltı da bəyənilməmişdir. Məxfi sədəqə və əmr be məruf pıçıldaşmanın çirkinliyini öz kölgəsində itirir.
6. İşlərin dəyəri bu işlərdəki ixlasdan asılıdır.
7. Bir işin gizli şəkildə görülməsi həmin işdə ixlas olması demək deyil. Bəzən bu özü də görüntü yaratmaq məqsədi daşıya bilər.
8. Cəmiyyətə xidmət, xeyirxahlığa dəvət, sülh şəraitində birgə yaşayış böyük mükafat qazanılması səbəbidir.
115. ﴿ وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا ﴾
“Hər kəsə doğru yol aşkar olduqdan sonra peyğəmbərlə müxalifətçilik etsə, onu üz tutduğu səmtə döndərərik. Onu pis bir sonluq olan cəhənnəmə atarıq.”
Dostları ilə paylaş: |