Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. Əgər bütün əməllər saleh olarsa, səmərə verər. “Əssalihat” sözünün “əlif” və “lam”la gəlməsi bütün xeyir işlərin nəzərdə tutulduğunu göstərir.
3. Hədələmə ilə yanaşı təşviq Quranın tərbiyəvi üsullarındandır. (Əvvəlki ayədə hədə vardısa, bu ayədə təşviq var.)
4. Allahın vədi Onun qadir və ehtiyacsız, müqəddəs zatındandır. Başqalarının vədləri isə ya cəhalət və ehtiyacdan, ya da acizlik və zəiflikdəndir.
5. Dünya ləzzətlərində onları itirmək qorxusu var. Behişt nemətləri isə əbədidir.
6. Şeytanın yalan vədləri ilə Allahın haqq vədlərini müqayisə edib ilahi vədlərə könül verək.
123. ﴿ لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلاَ يَجِدْ لَهُ مِن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا ﴾
“(Mükafat və üstünlük) sizin və kitab əhlinin arzularından asılı deyil. Kim pislik etsə, cəzalandırılar və özü üçün Allahdan başqa hami və yardımçı tapmaz.”
Dostları ilə paylaş: |