Bildirişlər
1. Əsassız xəyal və arzulardan çəkinin. Onlar faydasızdır.
2. Hər bir dəstə və zümrədə tamahkar və imtiyaz gözləyən insanlar tapılır.
3. Danışıq və mühakimədə insafa riayət edin. Əgər tənqid edirsinizsə, hamının zəifliyini deyin.
4. Eybdən danışarkən özünüzdən başlayın. “Sizin arzularınız” təbiri “kitab əhlinin arzuları” təbirindən öndə gəlmişdir.
5. Yerli-yerində qətiyyət və puç imtiyaz istəklərinin qarşısında dayanmaq ən üstün tərbiyə metodlarındandır.
6. İslam gerçəkliyə əsaslanır. Fərdlərin xəyalı və istəkləri əsas deyil.
7. Allah adildir. O, əməl əsasında mükafat və cəza verir.
8. Vəhy məktəbində qanun qarşısında hamı bərabərdir. (Ad-sandan sui-istifadə qadağandır.)
9. Əsas məsələ şüar yox, əməldir.
10. Günahkar cəzalandırılarkən müdafiə, şəfaət qadağandır.
124. ﴿ وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتَ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلاَ يُظْلَمُونَ نَقِيرًا ﴾
“Hər kəs saleh işlər görsə, kişi ya qadın olmasından asılı olmayaraq, mömin olduğu halda behiştə daxil olar. Onlara azca da sitəm olunmaz.”
Dostları ilə paylaş: |