“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə450/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   446   447   448   449   450   451   452   453   ...   494

Nöqtələr


◘“Ənam” surəsinin 68-ci ayəsi bu ayənin oxşarıdır. Ayədə Allahın rəsuluna xitabən buyurulur: “Əgər kimlərinsə Bizim ayələrimiz haqqında pis danışdığını görsən, onlardan üz döndər ki, söhbətin mövzusu dəyişilsin.”

Bildirişlər


1. İnsan ətrafındakıların haqsız danışıqlarına biganə qalmamalıdır.

2. Günah məclisində sükut və xoş rəftarın özü günahdır.

3. Ya günahkar mühiti dəyişin, ya da həmin mühitdən uzaqlaşın.

4. Təkcə günah etməmək kifayət deyil. Günah məclisini pozmaq və başqalarının azğınlığının qarşısını almaq lazımdır.

5. Azad söz, açıq qəlblilik, xoş əxlaq, həya, xalqla keçinmə kimi bəhanələrlə dinin məsxərəsi qarşısında sükut etmək olmaz.

6. Təəssüb, dini qeyrət, mövqeli yanaşma gerçək iman şərtidir.

7. Küfrün təşviq və gücləndirilməsi, dinə istehza istənilən bir şəkildə haramdır.

8. Qarşı tərəfin düşüncə və əqidə baxımından düzgünlüyü onunla ünsiyyət şərtidir.

9. Həm rabitənin, həm də rabitəni qırmağın öz yeri var. Həm cazibə lazımdır, həm də dəfetmə.

10. Başqalarının günahına razı olan şəxs həmin günaha şərikdir.

11. Kafirlərin pis danışığı qarşısında sükut bir növ münafiqlikdir.

12. Axirət yoldaşlığı dünya yoldaşlığının mükafatıdır.


141. ﴿الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّهِ قَالُواْ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُواْ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ الْمُؤْمِنِينَ فَاللّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ وَلَن يَجْعَلَ اللّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلاً﴾

(Münafiqlər) o kəslərdir ki, daim (pislik məqsədi ilə) sizi izləyirlər. (Məqsədləri budur:) Əgər Allah tərəfindən sizə qələbə nazil olsa, desinlər ki, məgər biz sizinlə deyildik? (İftixar və qənimətlərə də şərik olmalıyıq.) Əgər kafirlərə (qələbədən) bir bəhrə çatsa, desinlər ki, məgər biz sizi təşviq edən, sizi onların zərərindən və möminlər qarşısında təslimçilikdən qoruyan deyilik? Allah qiyamət günü sizin aranızda hakimlik edəcək. Allah heç vaxt kafirlərə müsəlmanlar üzərində qələbə yolu qərar verməmişdir.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   446   447   448   449   450   451   452   453   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin