Bildirişlər
1. Yalan, namazda süstlük, riyakarlıq, Allah zikrindən qəflət nifaq nişanələrindəndir.
2. Münafiqlər bilməlidirlər ki, Allaha qarşı çıxmışlar.
3. Allahın cəzası əməllərimizə mütənasibdir.
4. Münafiqlərin namazının nə ruhiyyəsi, nə niyyəti, nə də miqdarı var.
143. ﴿ مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً ﴾
“(Münafiqlər) küfrlə iman arasında avaradırlar. Nə bu dəstədəndirlər, nə də o dəstədən. Allahın azdırdığı kəs üçün qurtuluş yolu tapmayacaqsan.”
Dostları ilə paylaş: |