Nöqtələr
◘Dənizin ən dərin nöqtəsi “dərk” adlanır. Dərindən başa düşülmüş bir mətləb haqqında “dərk olundu” deyirlər. Üzüaşağı gedən pillələr “dərk”, üzüyuxarı gedən pillələr “dərəcə” adlanır. Necə ki, behiştin dərəcələri, cəhənnəmin dərkləri var.
Bildirişlər
1. Cəhənnəmdə münafiqlərin yeri kafirlərin yerindən də pisdir.
2. Cəhənnəmin mərtəbələri və dərəcələri var.
3. Qiyamətdə münafiqlərin qurtuluşu üçün yol yoxdur.
4. Münafiqlər heç bir şəfaətə nail olmazlar.
146. ﴿ إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَاعْتَصَمُواْ بِاللّهِ وَأَخْلَصُواْ دِينَهُمْ لِلّهِ فَأُوْلَـئِكَ مَعَ الْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ اللّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا ﴾
“O şəxslər istisnadır ki, tövbə etmiş, (keçmişlərini) islah etmiş, Allaha pənah aparmış, ixlasla Allah üçün dinə üz tutmuşlar. Onlar möminlər zümrəsindədirlər. Allah tezliklə möminlərə böyük mükafat verəcək.”
Dostları ilə paylaş: |