Nöqtələr
◘Həzrət Peyğəmbərin (s) ilahi ayələrindən əlavə, hökumət göstərişləri vardı. Bu göstərişlər zamandan, məkandan, fərdlərdən və şəraitdən asılı olaraq dəyişirdi. Əlbəttə ki, bu qanunlar da ilahi vəhyə əsaslanırdı. Allaha itaət əmri ilə yanaşı Onun rəsuluna itaət əmri Quranda bəyan olunmamış qanunlara əməl edilməsini zərurətə çevirirdi.
Bildirişlər
1. Peyğəmbərin rəftarı, sözləri və əməlləri bir dəlildir. Çünki peyğəmbərə itaət Allaha itaətlə yanaşıdır.
2. Allah qarşısında məhbubluq və ya mənfurluq öz əlimizdədir.
3. Peyğəmbərin göstərişlərindən boyun qaçırmaq küfrə bərabərdir.
33. ﴿ إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ ﴾
“Doğrudan da, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini dünya əhli üçün seçdi.”
Dostları ilə paylaş: |