Bildirişlər
1. Küllü və əsas qanun odur ki, xalqın eyblərinin ifşası və bəyanı haramdır. Yalnız xüsusi hallar istisnadır.
2. Xalqın eybinin ifşası istənilən bir şəkildə haramdır. (Şerlə, hekayə ilə, şikayətlə və ya başqa yolla.)
3. İslam cəmiyyətinin bir nişanəsi də odur ki, məzlum azad şəkildə zalıma qarşı səsini çıxara bilər.
4. Məzlum zalımın qeybətini edə bilər.
5. İslam məzlumların himayədarıdır. Zalımlar bilsinlər ki, qeybətin haram olması onların zülmünə yol açmır.
6. Qanundan sui-istifadə qadağandır. Zalımlar bilsinlər ki, qeybətin haram olması onların zülmünə yol açmır.
7. Zalımın qeybətini yalnız məzlum edə bilər. Məzlum zalımın eybləri haqqında yox, zülmü haqqında danışa bilər.1
8. İslam cəmiyyətində zalıma ehtiram yoxdur. Zalım məhkum edilməli və xalqa tanıtdırılmalıdır.
9. İnsani dəyərlərə münasibətdə “əhəm” və “mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət olunmalıdır. Məzlumun müdafiəsi həya və sükutdan daha dəyərlidir.
10. Eyblərin ifşasında həddi aşmayın. Çünki Allah eşidən və biləndir.
149. ﴿ إِن تُبْدُواْ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُواْ عَن سُوَءٍ فَإِنَّ اللّهَ كَانَ عَفُوًّا قَدِيرًا ﴾
“Əgər aşkarda və ya gizlində yaxşı iş görsəniz və ya başqalarının büdrəməsini, pisliyini bağışlasanız, bilin ki, şübhəsiz, Allah bağışlayan və qadirdir.”
Dostları ilə paylaş: |