“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə463/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   459   460   461   462   463   464   465   466   ...   494

Nöqtələr


◘150-ci ayə mübtəda, 151-ci ayə xəbər yerindədir.

◘Yəhudilər və məsihilər nəfs istəklərinə, cahil təəssüblərinə və dəlilsiz baxışlarına xatir bəzi peyğəmbərləri qəbul edir, bəzilərindən isə üz döndərirdilər.


Bildirişlər


1. Peyğəmbərlik Allahın daimi qanunudur və zəncir halqaları tək bir-birinə bağlıdır. Ona görə də bütün bu cərəyana etiqad lazımdır. İmamət də belədir. İmamlardan bəzisinə inanıb, bəzisini inkar etmək hamısını inkar etmək kimidir.

2. Allah və Onun rəsulu vahid bir cəbhədir və ortada ayrılıq yoxdur.

3. Allahı və peyğəmbərləri inkar etmək, Allaha iman gətirib peyğəmbərləri inkar etmək qadağandır. Doğru yol Allaha və peyğəmbərlərə iman yoludur.

4. Bütün səmavi dinlər rəsmi olaraq tanınmalıdır. (Əlbəttə, öz tarixi dönəmində)

5. İslama müxalif qanunların qəbulu dinə qarşıdır və qadağan edilmişdir.

6. Peyğəmbərlərin yolu varkən yeni yol salmaq küfrdür.

7. Cəhənnəm hal-hazırda mövcuddur.
152. ﴿ وَالَّذِينَ آمَنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُواْ بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُوْلَـئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا ﴾

Allaha və Onun rəsullarına iman gətirib, onların heç biri arasında ayrılıq salmayan kəslər o kəslərdir ki, tezliklə mükafatları onlara verilər. Allah daim bağışlayan və mehribandır.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   459   460   461   462   463   464   465   466   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin