“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə465/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   461   462   463   464   465   466   467   468   ...   494

Nöqtələr


◘Yəhudilər peyğəmbərdən Quranın Tövrat kimi birdəfəyə nazil olmasını istəyirdilər. Bu yalnız bir bəhanə idi. Allah onların cavabında buyurdu: “Hətta Quranı bütövlükdə, toxunulası bir namədə endirsək, kafirlər onu cadu sayarlar.”1

◘İman gətirməkdə kafirlərin bəhanələri bir-birinə oxşayır. Müşriklər də Allahın rəsulundan eynən bunu istəyirdilər.2


Bildirişlər


1. Əcdadlarının bəyənilməmiş əməlləri, düşüncələri və əxlaqı gələcək nəsillər üçün pis nümunə olur.

2. Bəni-İsrail haqq axtarışında deyildi. Onlar haqq axtarsaydılar, möcüzələrdən sonra buzovpərəstlik ardınca getməzdilər.

3. Kafirlərin iman gətirməməsi sizi narahat etməsin. Çünki bütün peyğəmbərlərin ətrafında inadkar adamlar olmuşdur.

4. Allah gözlə görünmür. Allahı gözlə görmək istəyi də zülmdür.

5. Haqqın inkarı və əqidə azğınlığı elə bu dünyada Allahın qəzəbi ilə nəticələnir.

6. İlahi rəhmət hətta buzovpərəstlik günahını da bağışlayır.

7. Peyğəmbərlər Allah tərəfindən himayə olunur.
154. ﴿ وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُواْ الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لاَ تَعْدُواْ فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا ﴾

Biz Tur dağını onlardan (Bəni-İsraildən) əhd almağa xatir başlarının üzərində qərar verdik və onlara dedik: «Səcdə edən halda o qapıdan daxil olun.» Sonra dedik: «Şənbə günü (Allahın hökmlərini) pozmayın.» Onlardan möhkəm əhd aldıq.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin