Nöqtələr
◘İslam peyğəmbərinin dövründəki Bəni-İsrail, peyğəmbərləri öldürməmişdi. Amma onların ata-babaları bu cinayəti törətmişdilər. Peyğəmbər dövründəki yəhudilər öz ata-babalarının uyğun cinayətinə razı olduqlarından həmin cinayət onlara da aid edilmişdir.1
Bildirişlər
1. Əhdi pozmaq küfr dərəcəsində olan bir günahdır, ya da küfr zəminəsi ola bilər.
2. Naşükürlük insanı o qədər alçalda bilər ki, peyğəmbərlərin vasitəsi ilə azad olanlar onları qətlə yetirərlər.
3. İnsan küfr və inadkarlıqla özü üçün süqut zəminəsi hazırlayır.
4. Əksəriyyət küfrə uğradığı bir zamanda az bir qismin iman gətirməsi sübut edir ki, insanın seçim və qərar çıxarmaq qüdrəti var. Demək, günahkar dost, mühit və quruluş insanın haqq yoldakı iradəsini dəyişməməlidir.
156. ﴿ وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا ﴾
“Xalqa ağır böhtan atmaqla, böyük bir günaha batmaqla yol verdikləri küfrlərinə və sözlərinə görə (qəhr və qəzəbimiz onları bürüdü.)
Dostları ilə paylaş: |