Bildirişlər
1. İnsan əxlaqi baxımdan o qədər süqut edə bilər ki, peyğəmbəri öldürməklə fəxr edər.
2. Batil iddialar qarşısında qətilik lazımdır.
3. İsanın həm doğuşu, həm dünyadan gedişi qeyri-təbii şəkildə baş vermişdir. Onun gedişi gələcək üçün ehtiyat tədbiri idi.
4. İslam peyğəmbərindən başqaları üçün də merac olmuşdur.
5. İsa Allahın qonağıdır.
6. İnsanın səmalarda yaşamaq imkanı var.
7. Allahın iradəsi bütün hiylələri puça çıxarır.
159. ﴿ وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا ﴾
“Kitab əhlindən elə bir kəs yoxdur ki, ölümündən qabaq ona (İsaya) iman gətirməsin. Qiyamət günü o həmin kəslərə şahid olacaq.”
Dostları ilə paylaş: |