Bildirişlər
1. Zülm nemətlərdən məhrumluq zəminəsidir.
2. Bəzən iqtisadi məhrumiyyətlər və maddi sıxıntılar ilahi qəhr-qəzəb və cəzanın nişanəsi olur.
3. Bir nemətin haram edilməsində məqsəd təkcə insanın sağlamlığının qorunması deyil.
4. Əsl cəza qiyamətdə də olsa, dünya cəzaları bir xəbərdarlıqdır. Dünya çətinliyi günahkarlar üçün cəza, salehlər üçün imtahandır.
5. İstənilən bir yolla (təhrif, gizlətmə, bidət, fəsad, azğınlıq...) Allah yolunu bağlamaq nemətlərdən məhrumluq səbəbidir.
161. ﴿ وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُواْ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا ﴾
“Onlara qadağan edilmiş sələm aldıqlarına görə və xalqın malını haqsız olaraq yedikləri üçün (pak şeyləri onlara haram etdik) onlardan olan kafirlər üçün dərdli əzab hazırlamışıq.”
Dostları ilə paylaş: |