Nöqtələr
◘Quranda dəfələrlə “səndən qabaqkılara nazil olmuş” ifadəsi işlənmişdir və bu, İslam dininin son din olmasını anladır.
◘Hədisdə deyilir: Zəkat ödəməyənlərin namazı qəbul deyil.” İslam peyğəmbəri zəkat ödəməyən insanları məsciddən çıxarardı. Quranın bildirdiyinə görə, əsil namaz qılanlar xəsis deyil.1
Bildirişlər
1. Tənqiddə insaflı olmaq lazımdır. Bu ayədə yəhudilərin möminləri onların zalımlarından və haramxorlarından ayrılır.
2. İnsanın ruhunda kök atmış bilik dəyərlidir.
3. Bütün ilahi dinlərdəki bütün üsullara iman zəruridir.
4. Dinin bütün əsaslarına iman bəsləmək ilahi dinlərin hamısında zəruri hesab olunmuşdur.
5. Namaz və zəkat bütün ilahi dinlərdə öz əksini tapsa da, əhəmiyyətli olduğu üçün ayrıca zikr edilmişdir.
6. Namaz zəkatdan ayrı deyil. Namaz əhli həm də infaq əhli olmalıdır.
7. Namazın xüsusi yeri var. (Ayədə namaz haqqında “muqimun” yox, “muqimin” sözünün işlədilməsi ərəb qrammatikasına əsasən üstünlük nişanəsidir.)
163. ﴿إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِن بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإْسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَاوُودَ زَبُورًا﴾
“(Ey peyğəmbər,) Biz Nuha, ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. (Eləcə də) İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata (Yaqub övladlarına), İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana vəhy etdik. Davuda Zəbur verdik.”
Dostları ilə paylaş: |