Bildirişlər
1. Vəhy və nübuvvət bəşər tarixində dəyişməz cərəyan və sünnədir.
2. Bir mövzu ilə bağlı tarixi nümunələrin bəyanı (məsələn, əvvəlki peyğəmbərlərə vəhy gəlməsi) iddianın sübut şivələrindəndir. Bu məlumatlardan xəbərdarlıq qəbul zəminəsidir.
3. İlahi dinlərin məqsədi, üslubu və mahiyyəti eynidir. Çünki bütün dinlər Allah tərəfindən qaynaqlanır.
4. Tarixdə dəfələrlə ilahi vəhy nazil olsa da, kitab əhli İslam peyğəmbərinin nübuvvətinə qarşı çıxdı. Nə üçün? Onunla başqa peyğəmbərlər arasında fərq qoyuldu, yoxsa əlavə tələblər vardı?
164. ﴿ وَرُسُلاً قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلاً لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ اللّهُ مُوسَى تَكْلِيمًا ﴾
“Bundan qabaq əhvalatını sənin üçün danışdığımız peyğəmbərlərə və haqqında danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah Musa ilə danışdı, xüsusi bir danışıqla!”
Dostları ilə paylaş: |