Nöqtələr
◘Quran surələri arasında “Hud” və “Şuəra” surələrində peyğəmbərlərin əhvalatı daha ətraflı bəyan olunur.
◘Bütün peyğəmbərlər Allahın həmsöhbəti olsa da, bu arada həzrət Musa “kəlimullah” adlandırılmışdır. Uyğun adlandırmanın belə bir səbəbi ola bilər ki, həzrət Musa Fironla mübarizə və Bəni-İsrailin inadkarlığına dözümdə daha çox və ardıcıl şəkildə Allahla rabitədə olmuşdur. O daha çox bildiriş aldığından “kəlimullah” kimi yad edilmişdir.
Bildirişlər
1. Peyğəmbərlərin tarixi ilə tanışlıq o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələyə diqqət yetirir.
2. Peyğəmbərlərin sayı Quranda sadaladığından çoxdur.
3. Bütün tarixi dinləməyə nə ömür çatır, nə də buna ehtiyac var. Müəyyən həddə öyüd-nəsihət eşitmək zəruridir.
4. Bəzən Quranda bir hadisə bir neçə dəfə təkrarlanır. Bəzi hadisələrə isə, demək olar ki, toxunulmur. Məlum olur ki, Quran dastan yox, hidayət və tərbiyə kitabıdır.
165. ﴿ رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا ﴾
“Peyğəmbərlər (göndərdik) ki, müjdə verən və qorxudan idilər. (Bu səbəbdən ki,) peyğəmbərlərdən sonra xalqın Allah qarşısında bəhanəsi olmasın. Allah daim yenilməzdir və hikmət sahibidir.”
Dostları ilə paylaş: |