Nöqtələr
◘Kitab əhli ya peyğəmbəri üstün bilib ifrata varır, ya da özlərini üstün sayırdılar.1 Onların digər bir məqsədi başqalarının təhqiri ola bilərdi.2 Qiyamətdə bu işlərin heç biri fayda vermədiyindən iman və əməl lazımdır.
Bildirişlər
1. Qurtuluş yolu iman və saleh əməldir.
2. İman əməldən öndə gəlir. İmansız əməl birüzlü əskinas (kağız pul) kimidir.
3. Əgər ilahi əxlaq sahibi olmaq istəyirsinizsə, fəhlənin haqqını tam ödəyin, bir az da artıq verin.
4. İman və saleh əməlsiz həzrət İsa və başqalarından heç bir şəfaət gözləməyin.
174. ﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُم بُرْهَانٌ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا ﴾
“Ey xalq! Rəbbiniz tərəfindən sizin üçün dəlil gəlmişdir. (Quran kimi) aydınladan bir nuru sizə doğru endirdik.”
Dostları ilə paylaş: |