“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə492/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   486   487   488   489   490   491   492   493   494

Nöqtələr


◘Bu ayədə «Allaha bağlanmaq» dedikdə ilahi övliya və rəhbərlərə bağlılıq nəzərdə tutula bilər. Belə bir bağlılıq təfriqənin qarşısını alır. “Cameə” ziyarətində bu nöqtəyə toxunulur.

◘Əvvəlki iki ayədə iman və saleh əməl ilahi lütf əldə olunması vasitəsi sayılır. Bu ayədə isə iman və Allaha bağlılıq vasitə kimi tanıtdırılır. Bu onu göstərir ki, iman və Allaha bağlılıq həmin iman və əməldir və bu ikisi dəfələrlə Quranda birgə gəlmişdir.


Bildirişlər


1. İlahi mükafatlar bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir. Şübhəsiz ki, məhdud zəhmətin əvəzi əbədi behişt ola bilməz.

2. Allah istədiyini hidayət etsə də, hidayət zəminəsi və vasitəsi insanın iman və bağlılığı ilə əldə olunur.

3. İman və ilahi bağlılıqdan sonra da hidayətə ehtiyac var. İnsan bir an belə ilahi hidayətdən ehtiyacsız deyil.

4. Doğru yol o yoldur ki, insanı Allaha çatdırsın.


176. ﴿يَسْتَفْتُونَكَ قُلِ اللّهُ يُفْتِيكُمْ فِي الْكَلاَلَةِ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌ فَإِن كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِن كَانُواْ إِخْوَةً رِّجَالاً وَنِسَاء فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ يُبَيِّنُ اللّهُ لَكُمْ أَن تَضِلُّواْ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

(Ey peyğəmbər) səndən fətva istəyirlər. De ki, Allah “kəlalə” (yalnız atadan və ya ata və anadan olan qardaş və bacının irsi) haqqında sizə belə fətva verir: Əgər ölən kişinin övladı olmasa, amma bacısı olsa, ondan qalanın yarısı bacısınındır. Bacının da övladı olmadıqda, o bütün irsə sahib olur. Əgər iki bacı olsa, mirasın üçdə ikisi ona çatır. Əgər bir neçə qardaş və bacı olsa, kişi iki qadının payına bərabər irs aparır. Allah sizin üçün hökmləri bəyan edir ki, azmayasınız. Allah hər şeyi biləndir.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   486   487   488   489   490   491   492   493   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin