Bildirişlər
1. Qadın o qədər inkişaf edə bilər ki, uzun illər intizardan sonra dünyaya gətirdiyi övladını Allah evinə xidmətçiliyə nəzir edər.
2. Uzaqgörən insanlar övladları dünyaya gəlməmiş onların həyat yolu haqqında düşünürlər.
3. Özümüzdən keçək və yalnız Allah yolunda sərf edək.
4. Məsciddə xidmət o qədər dəyərlidir ki, Allahın övliyaları öz əzizlərini dünyaya gəlməmiş bu yolda nəzir etmişlər.
5. Nəzir mövzusunun İlahi dinlərdə uzun bir tarixi var.
6. Ana övladı üzərində bir növ vilayətə, hakimiyyətə malikdir.
7. Övladdan keçmək və Allahın seçimi arasında rabitə var.
8. Dini xidmətdə o insanlar müvəffəq olurlar ki, vaxtlarının bir hissəsini yox, bütün varlıqlarını dinə xidmətə sərf etsinlər.
9. Övladın anaya xidməti ananın təbii haqqıdır və bağışlana bilər.
10. Əgər ən əziz və sevimli şeyləri verirsinizsə, onları qəbul etmək fikrində də olun.
36. ﴿فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى وَاللّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأُنثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وِإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ﴾
“Dünyaya övlad gətirdiyi vaxt dedi: “Pərvərdigara! Mən qız doğdum. Halbuki Allah onun dünyaya gətirəcəyini daha yaxşı bilir. Oğlan qız kimi deyil. Mən onun adını Məryəm qoydum. Onu və onun övladını qovulmuş şeytanın şərindən Sənin pənahına verirəm.”
Dostları ilə paylaş: |