Bildirişlər
1. Ürəkdən gələn xalis dua qəbul olur.
2. Əvvəlki dinlərdə də namaz olmuşdur.
3. Məscidin mehrabı xüsusi müqəddəsliyə malikdir. Mehrab səmavi süfrənin nazil olduğu, duaların qəbul edildiyi yerdir.
4. Namaz mələklərin nüzul zəminəsidir.
5. Allahın iradəsi hər şeyə qalibdir. Atanın qocalığı və ananın sonsuzluğu onların dünyaya övlad gətirməsinə mane olmur.
6. Bəzən insanlara Allah tərəfindən ad qoyulur.
7. Övlad ilahi nemətlərdən və müjdələrdəndir.
8. Peyğəmbərlər bir-birlərini təsdiq edirlər.
9. Həzrət İsa Allahın övladı yox, Allahın qüdrət nişanələrindəndir.
10. Allah bütün insanların gələcəyindən xəbərdardır.
11. Cinsi təmayüllərin cilovlanması və iffət Allahın bəyəndiyi xüsusiyyətlərdəndir.
40. ﴿ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء ﴾
“(Zəkəriyya) dedi: Pərvərdigara! Qocalığa çatdığım, zövcəmin doğma yaşı keçdiyi halda mənim oğlum ola bilərmi?! Buyurdu: “Allah istədiyini bu sayaq yerinə yetirər.”
Dostları ilə paylaş: |