“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə62/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   58   59   60   61   62   63   64   65   ...   494

Nöqtələr


◘Əvvəlki ayədə Allah-təala Məryəmə verilmiş üç kamalı yad edir: İlahi seçim, İlahi paklama, başqalarından öndə olmaq. Eləcə də, həzrət Məryəmin üç məsuliyyəti bəyan olunur: qünut, səcdə, rüku. Demək, hər bir nemətin öz məsuliyyəti var.

Bildirişlər


1. Seçilmiş və üstün fərdlərin təvazö və ibadətləri çox olmalıdır. (Allahın övliyalarına xüsusi ibadətlər tapşırılmışdır. Necə ki, həzrət Peyğəmbər (s) üçün gecə namazı vacib olmuşdu.)

2. Namaz, rüku və səcdə ən üstün şükür yoludur. Əvvəlki ayədə Allahın şükrə layiq seçiminə işarə olundu.

3. İbadət yalnız Allah üçün olmalıdır.

4. İbadət insanın tərbiyə mayasıdır.

5. Cəmiyyət namazı və kollektiv ibadətlər İslamdan qabaq da olmuşdur.

6. Qadınlara kişilərin də iştirak etdiyi ibadi və ictimai toplantılarda olmaq tapşırılmışdır. Bu şərtlə ki, Məryəm kimi rəftar etsinlər.

7. Seçilmişlər xalqın və cəmiyyətin içində olmalıdırlar. Onlar tənhalığa çəkilib guşənişin ola bilməzlər.
44. ﴿ ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُون أَقْلاَمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴾

Bunlar sənə vəhy ilə çatdırdığımız qeybi xəbərlərdəndir. Onlar Məryəmi himayəyə götürmək üçün (püşk olaraq) qələmlərini suya atdıqda sən onların yanında deyildin. (Bu hamilik üstə) mübahisə etdikləri vaxt sən onların yanında yox idin.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin