“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə63/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   59   60   61   62   63   64   65   66   ...   494

Nöqtələr


◘Qeyd olunduğu kimi, Məryəm dünyaya gəlməmiş anası onu Beytül-Müqəddəsə xidmətçi verəcəyini nəzir etmişdi. Ona görə də övladını dünyaya gətirdikdən sonra onu bir parçaya büküb məscidə apardı və Bəni-İsrail başçılarına dedi: “Bu uşaq məscidə nəzir olunub.” Bu qadın möhtərəm bir ailədən olduğu üçün uşağa himayədarlıq üstündə mübahisə başlandı və iş püşk atmağa gedib çıxdı.

Bildirişlər


1. Peyğəmbərlər Allah tərəfindən bəzi qeybi xəbərlərdən agah olurlar.

2. Quran hekayələri yalnız vəhy vasitəsi ilə peyğəmbərə çatırdı. Ondan qabaq bu mövzu nə bir kitabda vardı, nə də kimsə bundan xəbərdar idi.

3. Keçmişdəkilərin tarixini öyrənmə yollarından biri vəhydir.

4. İxtilafların həll yollarından biri də püşk atılmasıdır. İmam Baqir (ə) buyurmuşdur: “İlk dəfə haqqında püşk atılan kəs Məryəm olmuşdur. Bu püşk onun yetimliyi dövrünə təsadüf etmişdir.1

5. Ananın bir fədakarlığı və övlad üçün bir bu qədər kəramət!

6. Böyüklər müqəddəs məsuliyyətlərin qəbulunda bir-birləri ilə rəqabət aparırlar.


45. ﴿ إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ ﴾

(Xatırla,) o zaman ki, mələklər dedilər: Ey Məryəm! Həqiqətən, Allah Məsih - Məryəm oğlu İsa adlı kəlmə və nişanə ilə sənə müjdə verir. O kəs ki, dünya və axirətdə möhtərəmdir və (Allaha) yaxınlardandır.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin