Nöqtələr
◘Dildən-dilə gəzən dastanlar üç növdür:
1.Təxəyyül məhsulu olan qeyri-həqiqi romanlar, əfsanələr və əsatirlər.
2. Bəzən həqiqi, bəzən isə yalan qatılmış tarixi əhvalatlar.
3. Vəhy dili ilə bizə çatmış, haqqa əsaslanan hadisələr. Qurandakı bütün əhvalatlar bu qəbildəndir. Bu dastanlarda təxəyyül, yalan və yanlışlığa yer yoxdur.
Bildirişlər
1. Əgər Quran olmasaydı, həzrət İsanın çöhrəsi xurafat qarışıqlarından təmizlənməzdi.
2. Tövhid şüarının təkrarı və xurafatla mübarizə zəruridir.
3. Peyğəmbərlər haqqındakı dastanlar tövhid prinsipi ilə uyğun gəlmirsə, saxta və yalandır.
4. İnsanın haqdan üz döndərməsi onun azad olduğunu göstərir.
5. Haqdan üz döndərilməsi fəsad nümunəsidir. Üz döndərən şəxs isə fəsad əhlidir.
6. Allahın fəsad əhlinin işlərini bilməsi ən böyük xəbərdarlıqdır.
64. ﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ﴾
“De ki, ey kitab əhli, aramızdakı müştərək sözə doğru gəlin. Allahdan qeyrisinə pərəstiş etməyək, Ona şərik qərar verməyək, bəzilərimiz bəzilərini Allahın yerinə Rəbb götürməyək. Əgər (bu təklifdən) üz döndərsələr, deyin: Şahid olun ki, biz müsəlmanıq (və Allaha təslimik).”
Dostları ilə paylaş: |