Nöqtələr
◘“Haqqa meyl” mənası ayənin mətnində “hənəf” sözü ilə ifadə olunmuşdur. Həqiqətlə müxalifçilik, batilə meyl isə “cənəf” adlanır. Beləcə, doğru yolda olan insana “hənif” deyilir. Amma bütpərəstlər bu sözü özlərinə aid edir və müşriklərə də “hünəfa” (həniflər) deyirlər.
◘“Müslimən” sözünü “hənifən” sözü ilə yanaşı işlətməklə, Quran həm İbrahimin şirkdən pak olduğunu bildirmiş, həm də müqəddəs bir sözü şirk ləkəsindən qorumuşdur. Həzrət Əli (ə) buyurmuşdur: “İbrahimin dini həzrət Məhəmmədin (s) dini idi.”2
◘İmam Sadiq (ə) “hənifən muslimən” təbirinin təfsirində buyurmuşdur: İbrahim zərrəcə bütpərəstliyə yol verməmiş xalis və üstün bir şəxs idi.”3
68. ﴿ إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ ﴾
“Həqiqətən, İbrahimə ən layiqli fərdlər ona itaət edənlər, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin himayəçisidir.”
Dostları ilə paylaş: |