Bildirişlər
1. Xalqın rəhbərə bağlılığı qəbilə, dil, məntəqə, irq bağlılığından uzaq olan məktəb bağlılığıdır.
2. Peyğəmbərlərə yaxınlıq ölçüsü onlara itaətdir.
3. İslam peyğəmbəri və müsəlmanlar İbrahim yolundadırlar və onun məqsəd və məramını davam etdirirlər.
69. ﴿ وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴾
“Kitab əhlindən bir dəstə sizi azdırmaq istəyindədirlər. Amma yalnız özlərini azdırırlar və (bunu) anlamırlar.”
Nöqtələr
◘Bu və bundan sonrakı üç ayədə düşmənin ideoloji hücumlarının, müsəlmanları dindən çıxarmaq üçün qurduğu qurğuların simasını görürük. Bu ayə onların məktəb düşmənçiliyindən, növbəti ayə onların inadkarlıq və küfründən, yetmiş birinci ayə onların haqqı ört-basdır etməsindən, yetmiş ikinci ayə onların aldadıcı üslublarından danışır. Zülmətdən baş qaldırmış ideoloji bir hücum haqqı gizlətmə, xalqın əqidəsini sual altına alıb onu süstləşdirmə üsullarından qaynaqlanır.
Dostları ilə paylaş: |