Nöqtələr
◘İmam Sadiq (ə) “özünüz bilirsiniz” cümləsi haqqında buyurur: «Yəni kitab əhli İslam peyğəmbərinin Tövratda zikr olunmuş sifətlərindən agah idilər. (Amma onu gizlədirdilər).1»
◘Bir çox təhrifçilər islamşünas, şərqşünas, tarixçi, səyahətçi adları ilə kitablarda, tarixi məkan və zamanların qeydində özbaşınalığa yol verib, araşdırıcı adı ilə ensiklopediyalarda İslamı elə bir simada təsvir etmişlər ki, oxucu heç bir vəchlə İslam əqidəsinə üz tutmasın.
Bildirişlər
1. Don geyindirmək, haqqı gizlətmək möminləri yoldan çıxartmaq üçün düşmənin iki güclü alətidir. Əvvəlki iki ayədə azdırmaqdan danışılırdısa, bu ayədə haqqın gizlədilməsinə işarə olunur.
2. Haqqı gizlətmək haramdır və onun bəyanı vacibdir.
72. ﴿ وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِي أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴾
“Kitab əhlindən bir dəstəsi dedi: “Möminlərə nazil olana günün əvvəlində iman gətirin, günün axırında isə kafir olun. Bəlkə (bu hiylə ilə onlar İslamdan) dönələr.”
Dostları ilə paylaş: |