Bildirişlər
1. Yaranış və şəriət qanunlarının mənşəyi eynidir. Sizin hidayətiniz üçün kitab göndərən həmin Kəsdir ki, sizi yaratmışdır.
2. Ana bətnində insanın formalaşması yalnız Onun əlindədir.
3. Əgər insana surət, forma verən Odursa, bir-birinizi zahiri görkəminizə görə qınamayın.
4. Onun qüdrəti məkan və zaman məhdudiyyətinə sığmır.
5. İnsanın öz yaranışı haqqında düşünməsi onun Allaha iman gətirməsi səbəbidir.
6. Allah hər işə qadir olsa da, hikmətsiz iş görmür.
7. Fərdlərin müxtəlif surətlərdə olması Allahın qüdrət və hikmət nişanəsidir.
7. ﴿هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ﴾
“O, bu kitabı sənə nazil edən kəsdir. Onun (kitabın) bir hissəsi kitabın əsasını təşkil edən möhkəm ayələrdən ibarətdir. (Digər ayələrə münasibətdə yaranmış şübhələr möhkəm ayələrə müraciət etməklə aydınlaşır.) Onun bir hissəsi isə mütəşabehdir. (Bu ayələr ilk baxışdan müxtəlif cür mənalandırıla bilər.) Qəlbində azğınlıq olanlar fitnə yaratmaq (xalqı azdırmaq) üçün, eləcə də, ayələri istədikləri kimi təfsir etmək məqsədi ilə mütəşabeh ayələrə üz tuturlar. Halbuki bu ayələrin təfsirini Allahdan və elmdə qüvvətlilərdən başqaları bilmir. Belələri deyirlər: “Biz ona iman gətirmişik və bütün ayələr Allahımız tərəfindəndir (istər möhkəm olsun, istər mütəşabeh.) Bundan yalnız düşüncə sahibləri öyüd götürər.”
Dostları ilə paylaş: |