“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə107/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   103   104   105   106   107   108   109   110   ...   494

Nöqtələr


◘Peyğəmbərlərin digərlərindən fərqləri budur ki, onların ətrafındakıların sayı artdıqca xalqı Allaha bəndəliyə daha çox dəvət edərlər. Heç vəchlə tövhid yolunu dəyişməz, əksinə öz xəbərdarlıqlarını gücləndirərlər. Amma mənfəət güdən dəvətçi ilk öncə müqəddəslik donu geyib ürək yanğısı ilə işə başlayır. Qüdrətə çatdıqdan sonra isə onlar öz istibdadlarını və zülmlərini gücləndirirlər.

◘Rəvayətdə nəql olunur ki, öz qullarınıza “əbdi” (mənim qulum) yox, “fəta” deyin. Qullar da öz ağalarına “rəbbi” yox, “səyyidi” (mənim ağam) desinlər.1

◘Əgər peyğəmbərə pərəstiş etmək qadağan olunmuşsa, başqalarına pərəstişdən danışmağa dəyməz. Bəndəlik amili mənəvi səciyyələr olmadıqda, meydanı maddi səciyyələr tutur.

◘“Rəbbaniyyun” sözü “rəbbani” sözünün cəm forması olub Allahla möhkəm bağlılığı olanlara deyilir. Belələri başqalarının islah və tərbiyəsi yolunda çalışırlar.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənə münasibətinə görə iki dəstə həlak oldu: 1. Məni bəşər həddindən yuxarı qaldıran ifratçı ardıcıllar; 2. Mənim peyğəmbərliyimi qəbul etməyən insafsız düşmənlər. Hər iki dəstə məndən uzaqdır.” Həzrət İsa da öz ardıcıllarına belə bir xəbərdarlıq etmişdir. Bu məna “Nəhcül-bəlağə”də Həzrət Əli (ə) tərəfindən də zikr olunur. Başqa bir məqamda həzrət peyğəmbər buyurur: “Məni olduğumdan yuxarı qaldırmayın. Həqiqətən, Allah məni peyğəmbər qərar verməmişdən öncə bəndə yaratmışdır.” Sonra həzrət bu ayəni tilavət etmişdir.2

◘Həzrət Peyğəmbər (s) bu ayə haqında buyurmuşdur: “İstər azad olsun, istərsə də bəndə, bütün müsəlman kişi və qadınların Allah tərəfindən müəyyən olunmuş vacib vəzifəsi vardır. O da budur ki, Quranı öyrənib, onun haqqında düşünsünlər.3



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin