Bildirişlər
1. Mövqedən, sevgidən və məsuliyyətdən sui-istifadə etmək qadağandır.
2. İnsana kitab, hikmət və nübuvvət verilməsi onu insanlıqdan xaric etmir.
3. Peyğəmbərlərin məqsədi bəşəriyyəti təkcə şirkdən xilas etmək deyil. Peyğəmbərlər bəşəriyyəti rəbbani bir mərhələyə inkişaf etdirmək üçün çalışırlar.
4. Rəbbani yol sufilik və guşənişinlik yox, din elmi və kitab dərsi ilə əldə olunur. 4
5. Əgər elm və bilik insanı rəbbani edə bilməmişsə, demək, o elm elm olmamışdır. 5
6. Rəbbani alimlər Quranın həqiqi təfsirçiləridirlər.
7. Səmavi kitabların təlim və tədrisi daimi olmalıdır.
8. Müəllimlik peyğəmbər peşəsidir.
80. ﴿ وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴾
“(Allah) sizə əmr etməz ki, mələkləri və peyğəmbərləri özünüzə Rəbb seçəsiniz. Allaha təslim olduqdan sonra mümkündürmü ki, O sizə kafir olmağı əmr etsin?!”
Dostları ilə paylaş: |