“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə124/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   120   121   122   123   124   125   126   127   ...   494

Nöqtələr


◘Böyük xeyir-bərəkətə, əkin və ya yaşayış üçün hazır olan yerə “birr” deyilir. İstər insan, istərsə də digər canlıların qidası olan buğda isə “burr” adlanır.

Lüğət mənası “xeyirdə genişlənmədən” ibarət olan “birr” sözünün Quranda iman, saleh əməl, cihad, namaz, əhdə vəfa kimi nümunələri zikr olunur.1 Hamıya tövsiyə olunur ki, “birr” yerinə yetirməkdə bir-birlərinə yardımçı olsunlar.2 Bu ayədə də buyurulur ki, siz sevdiyiniz şeylərdən infaq etməyincə bu qiymətli incini əldə edə bilməyəcəksiniz.

Möminlərin infaqında nümunələr:

1. Mədinənin xurma ağaclarının çoxu Əbu-Təlhə Ənsariyə məxsus idi. O öz bağını çox sevirdi. Peyğəmbər məscidi ilə üzbəüz yerləşmiş bu bağda şirin sulu bir çeşmə vardı. Həzrət Peyğəmbər (s) arabir bu bağa daxil olub həmin çeşmənin suyundan içərdi. Bu gözəl və ali bağın xalqın diqqətini özünə cəlb edən böyük gəliri vardı. “Lən tənalul-birrə hətta...” ayəsi nazil olduqda Əbu-Təlhə Ənsari həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Bu bağ mənim əlimdə olanlar arasında ən sevimlisidir. Onu Allah yolunda infaq etmək istəyirəm.” Həzrət Peyğəmbər (s) buyurdu: "Yaxşı müamilədir. Afərin sənə! Amma mən təklif edirəm ki, bu bağı yoxsul qohumların və yaxınlarına verəsən.” O, qəbul etdi və bağı öz yoxsul yaxınları arasında bölüşdürdü.1

2. Bir gün Əbuzərin evinə qonaqlar gəldi. Əbuzər dedi: “Mənim başım qarışıqdır, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın.” Onlar arıq bir dəvə seçdilər. Əbuzər narahat oldu və soruşdu: “Nə üçün yaxşı bir dəvə götürmədiniz?” Dedilər: “Onu sənin gələcək ehtiyacların üçün saxladıq.” Əbuzər buyurdu: "Mənim ehtiyaclı günüm qəbir günümdür.”2

3. Həzrət Fatiməni (ə) toy günü ər evinə aparanda bir fəqir ondan köhnə bir köynək istədi. Həzrət Zəhra (ə) bu ayəni xatırlayıb öz təzə gəlinlik köynəyini infaq etdi.

4. Abdullah ibn Cəfər bir bağda işləyən qara qulam gördü. Yemək vaxtı bir it bağa daxil oldu və qulamın qarşısında oturdu. Qulam ona bir tikə çörək verdi. İt isə yenə oturub öz baxışları ilə nəsə gözləyirdi. Qulam öz yeməyini tikə-tikə itə verib qurtardı. Abdullah ondan soruşdu: “Özün nə yeyirsən?” Dedi: “Mənim bu gün payım yoxdur.” Abdullah soruşdu: “Nə üçün bu işi gördün?” Qulam dedi: ”Bu it uzaq yol gəlib və acdır.” Abdullah qulamın səxavətinə heyran qaldı. Həm bağı, həm də qulamı satın aldı. Qulamı azad edib bağı ona bağışladı.3

◘Hədisdə oxuyuruq ki, “birrə” çatmaq yolu valideyn ağız açmamış ona kömək etməkdir. Hətta valideyn ehtiyacsız olsa da.4

◘İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: "Atamın belə buyurduğunu eşitdim: “Bir il ötdükdən sonra malından az və ya çox bizə çatmayan kəsə qiyamət günü Allah nəzər salmaz. Yalnız bağışladıqdan sonra nəzər salar. Ey Müfəzzəl! Bu, Allahın Öz kitabında şiələrə zəruri etdiyi bir vəzifədir. Biz birr, təqva və hidayət yoluyuq.”5


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin