DÖRDÜNCÜ CÜZ
93. ﴿كُلُّ الطَّعَامِ كَانَ حِـلاًّ لِّبَنِي إِسْرَائِيلَ إِلاَّ مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُواْ بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ﴾
“Bütün qidalar və xörəklər Bəni-İsrail üçün halal idi. Yalnız Tövrat nazil olmamışdan qabaq İsrailin (Yaqubun) özünə haram etdiyi şeylərdən başqa! De ki, əgər düz deyirsinizsə (ki, bunlar əvvəlcədən Tövratda haram olmuşdu), Tövratı gətirin və onu tilavət edin. (Görün ki, bir çox şeyləri vəhy nazil olmadan özünüzə haram etmisiniz.)
94. ﴿ فَمَنِ افْتَرَىَ عَلَى اللّهِ الْكَذِبَ مِن بَعْدِ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ ﴾
“Bundan sonra hər kəs Allaha yalan aid etsə, onlar zalımdırlar.”
Dostları ilə paylaş: |