◘Təfsirdə deyilir ki, Bəni-İsrail dəvə əti və dəvə südünü haram etməməsini İslam peyğəmbərinə eyb tuturdular. Onlar bununla İslam ayinlərinin İbrahim, Musa və İsa ayinləri ilə uyğun gəlməməsini bildirmək istəyirdilər. Bu ayə onlara cavab olaraq nazil edildi və bəyan olundu ki, bütün qidalar Bəni-İsrail üçün halal idi. Yalnız həzrət Yaqub bəzi qidaları özünə haram etmişdi. Bəzi təfsirlərdə bildirilir ki, həzrət Yaqub dəvə əti ona zərərli olduğu üçün bu ətdən istifadə etmirdi. Bəni-İsrail isə bunu şəri və əbədi bir qadağa kimi qəbul etmişdi.1
◘İnsanın ağzında dad verən şeylər “təam” adlanır. “Hill” sözü “iqd” sözünün müqabilində işləndikdə azadlıq mənasını verir.