Bildirişlər
1. Qədim ixtilafların acı tarixindən ibrət götürək.
2. İxtilafı təkcə cəhalət törətmir. Həvəslər də ixtilaf alovunu qızışdırır.
3. İxtilaf və təfriqə sizin dünyəvi qüdrətinizi süquta uğratmaqdan əlavə, qiyamətdə də cəhənnəm əzabına səbəb olur.
106. ﴿ يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ ﴾
“(Qiyamət) bir gündür ki, bəzi üzlər ağ, bəzi üzlər qara olar. Üzü qaralanlardan (soruşular:) İman gətirdikdən sonra küfr etdinizmi? Onda öz küfrünüzə görə ilahi əzabı dadın.”
107. ﴿ وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ ﴾
“Amma üzü ağ olanlar Allahın rəhmətinə qərq olub onda əbədi qalarlar.”
Dostları ilə paylaş: |