Nöqtələr
◘Quran dəfələrlə elan etmişdir ki, Allahın qəhr və qəzəbi qarşısında var-dövlətin, övladın, qohumların, zövcənin, dostun, ağanın, bir sözlə, heç bir şeyin zərrəcə təsiri yoxdur.
◘Ayədəki “sirr” sözü yandırıcı isti və soyuq mənasını bildirir.1
◘Kafirlərin batil yolda sərf etdiyi büdcə yandırıcı küləyin məhv etdiyi əkinə bənzəyir. Elə əvvəl gündən indiyədək İslama qarşı hücumlar, təbliğatlar və qurğular məğlubiyyətə uğramışdır. İlahi din hər gün genişlənməkdədir və nəhayətdə qələbə İslamındır.
Bildirişlər
1. Əqidə əmələ təsirlidir. Küfr insanı infaqın bərəkətindən məhrum edir.
2. Təbii hadisələr və bəlaların amillərindən biri insanların günahlarıdır.
3. Günah insanın yaxşı işlərini puça çıxarır.
4. Allahın qəhr-qəzəbi zülm deyil. Bu qəzəbi doğuran insanların öz əməlləridir.
118. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ﴾
“Ey iman gətirənlər! Özünüzdən qeyrisini sirdaş seçməyin. Onlar sizə çətinlik yaratmaqda boş dayanmazlar. Onlar sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların kin və düşmənçiliyi ağızlarından (danışıqlarından) bilinir. Qəlblərində saxladıqları isə daha böyükdür. Həqiqətən, Biz ayələri sizin üçün bəyan etdik. Əgər düşünsəniz!”
Dostları ilə paylaş: |