Bildirişlər
1. Məsələ külli şəkildə bəyan olduqdan sonra nümunələr göstərmək lazımdır.
2. Maddi güclərə, mal və övlada arxalanmaq Firon qaydasıdır.
3. Tarix və keçmişdəkilərin təcrübəsi ən üstün dərsdir.
Həmin dövrün zorakı qəhrəmanları olan Firon və Firon ailəsi Allahın qəhr və qəzəbi qarşısında bir an dayana bilmədilər. Öz cüzi mal və gücünüzə arxalanmayın.
4. Bəzən zalım hakimlərin ətrafındakılar onların özlərindən daha çox rol oynayırlar.
5. Günah pisdir. Amma günaha adət və günah ruhiyyəsi daha pisdir.
6. Oxşar xasiyyət, qayda, əməl və günahların cəza və mükafatı da oxşardır.
7. Ümmətlərin həlak olması səbəbi onların günahları olmuşdur.
8. Günah ruhiyyə və adətə çevrildikdə Allahın cəzası ağırlaşır.
12. ﴿ قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ ﴾
“Kafir olanlara de ki, tezliklə məğlub olar və cəhənnəmə doğru sürüklənərlər. Necə də pis yerdir!”
Dostları ilə paylaş: |