Nöqtələr
◘Ümmətin rəhbəri kamil sədaqət sahibi olduqda hətta ayələrin onun öhdəsində qoymadığı vəzifələri də yerinə yetirir. Şiə və sünni təfsirlərində oxuyuruq ki, Ühüd savaşında həzrət Peyğəmbərin (s) dişi sındığı zaman buyurdu: “Bu xalq necə hidayət olacaq?” Ayə nazil oldu ki, sən xalqın hidayətinə məsul deyilsən. Bildirildi ki, insanlar gələcəkdə həm bağışlana, həm də cəzalandırıla bilər.
Bildirişlər
1. Bağışlamaq və ya əzab vermək Allahın əlindədir. Onun izni olmadan övliyalar da şəfaət verə bilmir. Peyğəmbərlərin Allah qarşısında heç bir istiqlalı yoxdur.
2. Tövbə yolu hətta haqq cəbhəsindən qaçanlar üçün və ya müsəlmanlara ən böyük zərbə vurmuş kafirlər üçün bağlı deyil.
3. Xalqa verilən əzabın səbəbi onların öz zülm və sitəmləridir.
129. ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾
“Göylərdə və yerdə olanlar Onundur. O (öz hikməti əsasında) istədiyini bağışlayır, istədiyinə əzab verir. Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |