Nöqtələr
◘Bu ayə əfv və ya cəzanın Allahın əlində olmasını bildirən əvvəlki ayəni təsdiqləyir. Çünki bütün varlıq aləminin yaranışı və onun üzərindəki hakimiyyət Allahın əlindədir. Maraqlıdır ki, ayədə əfv olunası və ya cəzalandırılası fərdlər müəyyənləşdirilmir. Beləcə, kimsədə qürur və ya ümüdsizlik yaranmır. Hamı qorxu və ya ümüd arasında qalır. Şübhəsiz ki, əfv və ya əzab ilahi hikmət əsasındadır və insanın özü tərəfdən həyata keçən şərtlərdən asılıdır.
Bildirişlər
1.Əfv və ya cəza haqqı göylərin və yerin hakimiyyəti əlində olana məxsusdur.
2. İlahi nizamda da əfv və mərhəmət əsas götürülmüşdür və öndə gəlir.
130. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾
“Ey iman gətirənlər! Ardıcıl artırmaqla sələm yeməyin. Allahdan çəkinin, bəlkə nicat tapasınız.”
Dostları ilə paylaş: |