Bildirişlər
1. Allahın vədlərinin araşdırılması ilahi qanunların nəzərdən qaçırılması mənasında deyil. Siz vəzifənizi yerinə yetirənədək Allah sizə yardım göstərir.
2. Süstlük, çəkişmə, rəhbərə itaətsizlik məğlubiyyət amillərindəndir.
3. Fərdlər müxtəlif məqsədlərlə döyüşə girir. Bəziləri dünya üçün, bəziləri isə axirət üçün vuruşur.
4. Döyüşdə dözüm, vəhdətin qorunması, rəhbərə itaət mücahidlərin axirət istəyi nişanələrindəndir.
5. Qələbə nemətinə şükür əvəzinə ixtilaf, itaətsizlik və süstlük edənlərin cəzası məğlubiyyətdir.
6. Zahirdəki məğlubiyyətlərin səbəbi batindəki məğlubiyyətlərdir. Daxilən süst və itaətsiz olduqlarından onlar zahirdə də məğlubiyyətə uğradılar.
7. Məğlubiyyətlər həm də ilahi sınaq vasitəsidir.
8. İxtilaf və məğlubiyyət zamanı da Allahın lütfündən ümidinizi üzməyin.
9. İman Allahın xüsusi fəzlinin əldə olunması zəminəsidir.
10. Mömini bir xilaf işinə görə iman əhli cərgəsindən çıxarmaq olmaz. Ona bir tərəfdən xəbərdarlıq edilməli, digər tərəfdən ümid verilməlidir.
153. ﴿إِذْ تُصْعِدُونَ وَلاَ تَلْوُونَ عَلَى أحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمَّاً بِغَمٍّ لِّكَيْلاَ تَحْزَنُواْ عَلَى مَا فَاتَكُمْ وَلاَ مَا أَصَابَكُمْ وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾
“(Xatırlayın,) o zaman ki, (Ühüd döyüşündə qaçan zaman) yuxarı qalxır və kimsəyə diqqət yetirmirdiniz. (Halbuki) Peyğəmbər sizi arxadan səsləyirdi. Bunun cəzası olaraq Allah qəminizə qəm artırdı. Bir daha əlinizdən çıxanlara və ya başınıza gələnlərə görə qəm çəkməyin. Bilin ki, Allah etdiyiniz işlərdən agahdır.”
Dostları ilə paylaş: |