Bildirişlər
1. Təbii qələbələr digər amillərin təsiri altındadır. İlahi yardımlar isə amillərə tabe deyil.
2. İstər qələbə, istərsə də məğlubiyyət Allahın iradəsindən asılıdır.
3. İman Allaha təvəkküldən ayrı deyil.
161. ﴿ وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ ﴾
“Heç bir peyğəmbərə yaraşmaz ki, xəyanət etsin. Hər kəs xəyanət etsə, xəyanət etdiyi şey qiyamət günü onunla gələr. Sonra hər kəsə qazandığının kamil qarşılığı verilər və onlar sitəm görməzlər.”
Dostları ilə paylaş: |