“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə211/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   207   208   209   210   211   212   213   214   ...   494

Nöqtələr


◘Bəlkə də bu ayə qənimət toplamaq üçün Ühüddəki mövqeyini buraxanlara cavabdır. Onlar qənimətdən məhrum qalacaqlarından qorxaraq komandanın göstərişindən çıxdılar. Halbuki onlara “payınız saxlanılacaq, peyğəmbərin nəzərindən kənarda qalmayacaqsınız” deyilmişdi. Bu ayədə buyurulur: Peyğəmbər sizin qənimət payınıza xəyanət etməyəcək. Əmin olun və vəzifənizə əməl edin...

◘İmam Baqir (ə) buyurmuşdur: “Oğurlanmış mal cəhənnəmdə oğrunun gözü qarşısında mücəssəm olar və ona deyilər: Oda daxil ol və onu çıxart!2

◘Qatqıçılıq, saxtakarlıq, qəsb və xəyanət ayədəki “ğill” nümunələrindəndir. Zəkat yığmaq tapşırılmış bir şəxs həzrət Peyğəmbərin (s) xidmətinə gəlib dedi: “Topladığım bu hissə zəkatdır və sizə çatacaq. Bu biri hissə isə xalqın mənə verdiyi hədiyyələrdir.” Həzrət minbərə qalxıb buyurdu: “Əgər bir şəxs evində otursaydı, ona hədiyyə verilərdimi?! And olsun Allaha, həmin şəxs o haram malla qiyamət günü məhşur olacaq.”3

◘Peyğəmbərlərə qarşı bədbinlik olan yerdə özünüzə qarşı hansı münasibət gözləyə bilərsiniz?! İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Xalqın razılığını qazanmaq olmaz, onların dilinə nəzarət etmək mümkünsüzdür.”4



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin