Bildirişlər
1. Peyğəmbərlərin besəti ən böyük səmavi hədiyyə və ilahi nemətdir.
2. Besət bütün xalq üçün olsa da, yalnız möminlər bu nemətə görə şükür edir və hidayət nurundan bəhrələnirlər.
3. Peyğəmbərlər xalqa yaxın olmuşlar.
4. Quran ayələrinin tilavəti paklanma və təlim vasitəsidir.
5. Paklanma təlimdən öndə gəlir.
6. Paklanma və təlim peyğəmbər proqramlarında ön yerdə dayanır.
7. İnkişaf və özünütərbiyə peyğəmbər məktəbi və ilahi ayələr sayəsində həyata keçməlidir. (Qaynağı ilahi ayələr, müəllifi peyğəmbərlər olmayan riyazət və rahiblik özü bir azğınlıqdır.)
8. Peyğəmbərlərin besət nemətini yaxşı dərk etmək üçün onlardan əvvəlki xalqların tarixinə müraciət etmək lazımdır.
9. Günahkar və azğın mühitlərdə də iş görmək olar.
10. Peyğəmbər məktəbində ruhi tərbiyə və düşüncə təlimi insanın baxış və bəsirəti ilə yanaşıdır.
165. ﴿ أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
“Sizə bir müsibət üz verdikdə ki, düşmən onun iki qat artığına düçar oldu, (yenədəmi) dediniz ki, bu müsibət haradandır? De ki, bu, özünüzdəndir. Şübhəsiz, Allah hər bir işə qadirdir.”
Dostları ilə paylaş: |