Nöqtələr
◘Biz, şəhidləri diri sayan Quran əsasında İslam yolunun, xüsusi ilə Kərbəla hadisəsinin şəhidlərinə salam verir, onlarla danışır və onları vasitə qərar veririk.
◘Əbu-Süfyan Ühüd döyüşünün sonunda uca səslə belə fəryad çəkdi: ”Ühüddə öldürülmüş yetmiş müsəlman Bədrdə öldürülən yetmiş nəfərinizin əvəzidir.” Amma həzrət Peyğəmbər (s) belə buyurdu: “Bizim öldürülənlərimiz behiştdə, sizin öldürülənləriniz isə cəhənnəmdədirlər.”1
Şəhid və şəhadət haqqında bəzi nöqtələr:
1. Rəvayətdə bildirilir ki, şəhidə Allah tərəfindən yeddi xüsusiyyət əta olunmuşdur: şəhidin ilk damla qanı günahlarının bağışlanmasına səbəb olar. O, başını hurul-eynin ağuşuna qoyar. Şəhid behişt libasları ilə bəzənər. O, ən xoş qoxulu ətirlərlə ətirlənər. Şəhid behiştdə öz yerini müşahidə edər. Pərdələr kənara çəkilər və şəhid Allahın lütfünə nəzər salar.2
2. Peyğəmbər bir şəxsin belə dua etdiyini eşitdi: Pərvərdigara! Səndən istəniləsi ən yaxşı şeyi mənə əta et.” Həzrət buyurdu: "Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar.”3
3. Rəvayətdə deyilir: “Hər bir yaxşılıqdan daha üstünü var. Yalnız şəhadətdən savay. Əgər bir şəxs şəhid olsa, ondan üstün xeyir təsəvvür olunmur.”4
4. Qiyamət günü şəhidin şəfaət məqamı var.5
5. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Şəhidin nöqsanları qiyamət günü onun özünə də göstərilməz.”6
6. Hücumda ön sıra şəhidlərinin məqamı daha yuxarıdır.1
7. Mücahidlər behiştə xüsusi qapıdan daxil olar.2 Onlar behiştə hamıdan qabaq gedər.3 Onların behiştdəki yeri xüsusidir.4
8. Yalnız şəhid dünyaya ikinci dəfə qayıdıb növbəti dəfə şəhid olmağı arzulayar.5
9. Ölümlərin ən üstünü şəhadətdir.6
10. Allah üçün ən məhbub damla Allah yolunda axan qan damlasıdır.7
11. Qiyamət günü şəhid əlində silah, hərbi geyimdə və xoş qoxu ilə səhnəyə gələr və mələklər ona salam göndərərlər.8
12. Bizim imamlarımız şəhid oldular. Peyğəmbərlərin və onların ardıcıllarının da bir çoxu şəhid oldu.9
13. Həzrət Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O, həzrət ilk iman gətirmiş, təhlükəli məqamda peyğəmbərin yerində yatmış kəs idi. Yalnız peyğəmbərin qardaş adlandırdığı həzrət Əlinin (ə) qapısı peyğəmbər məscidinə açılırdı. O, imamların atası, həzrət Zəhranın (ə) əri idi. Əli (ə) bütsındıran idi. Onun Xəndək döyüşündə vurduğu zərbə Səqəleynin ibadətindən üstün sayılmışdı. Amma sadalanan məqamların heç birində izzətə çatdığını bildirməmişdi.
14. Əli (ə) buyururdu: “And olsun Əbu-Talib oğlunun canı əlində olan Allaha, Allah yolunda min qılınc zərbəsinə dözmək yorğan-döşəkdə ölməkdən daha asandır.10
15. Həzrət Əli (ə) Ühüd döyüşündə şəhid olmadığı üçün narahat idi. Yalnız peyğəmbərdən qarşıdakı şəhadət xəbərini eşitdikdə aram oldu.
16. Şəhid Mütəhhəri “Həmaseye-Hüseyni” kitabında yazır: “Səxavətli şəxs, sənətkar, alim öz vücudunun bir hissəsi olan malını, sənətini və elmini əbədiləşdirir. Şəhid isə özünü əbədiyyətə çevirir.”11
17. Oxşar hal heyvanlarda da müşahidə olunur. Ölü qoyun heç nəyə dəyməz. Üzü qibləyə, Allahın adı ilə kəsilmiş qoyun isə dəyərə malikdir.
18. Kor şəxs görüntülərin necəliyini anlamadığı kimi, dünya sakinləri də şəhidlərin həyatını anlamaz.
19. Əgər Allah yolunda verilmiş malın əvəzi yeddi yüz qat artıq olursa, Allah yolunda verilmiş canın və qanın əvəzini özünüz düşünün!
Dostları ilə paylaş: |