“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə228/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   224   225   226   227   228   229   230   231   ...   494

Nöqtələr


◘Bəzi düşmən təbliğatçıları və xalqın sadəlövh, qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onların cavabını verirdilər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Təəccüb edirəm o kəslərə ki, nə üçün Allahın “Allah bizə bəs edər, O nə yaxşı vəkil və yardımçıdır.” - buyruğuna pənah aparmayıb qorxurlar!”1


Bildirişlər


1. Düşmənin puç təbliğatından çəkinməyin.

2. Cəbhədə sıralarınıza düşmənin nüfuzundan ehtiyat edin.

3. Düşmənin hədələri qarşısında ən güclü sipər Allaha iman və təvəkküldür.

4. Möminlər bəla girdabına düşdükdə Allaha təvəkküllərini və bağlılıqlarını daha da gücləndirirlər.

5. Həm hərəkət və səy, həm də imanla təvəkkül lazımdır.
174. ﴿ فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴾

(İkinci dəfə döyüşə hazır olan yaralılar) Allahın nemət və fəzli ilə (öz yerlərinə) qayıtdılar. Onlara heç bir zərər toxunmadı və Allahın razılıq yolunu getdilər. Allah böyük fəzl sahibidir.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin