Nöqtələr
◘Ühüd döyüşünün yaralıları həzrət Peyğəmbərin (s) göstərişi ilə növbəti dəfə səfərbər olub Həmraəl-əsəd məhəllinədək düşmənin ardınca getdikdə, düşmən müsəlmanların hazırlığından ehtiyat edib növbəti hücum fikrindən daşındı. Bu ayə Ühüd döyüşünün yaralı və xalis mücahidləri haqqında xoş sözlər deyir.
Bildirişlər
1. Allaha təvəkkül etməklə vəzifənin icrası yolunda hərəkət, çətinliklərin asanlığa dönməsi səbəbidir.
2. Allah yolunda təhlükəyə üz tutub sağ-salamat qalan insanlar çoxdur.
3. İlahi insanlar üçün əsas məsələ şəhadət yox, Allahın razılığıdır.
4. Allahın böyük fəzli haqq cəbhədə iştirak edənlərin nəsibidir.
175. ﴿ إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾
“Öz dostlarını (kafirlərin gücündən) qorxudan şeytandır. Əgər imanınız varsa, onlardan qorxmayın, yalnız Məndən qorxun.”
Dostları ilə paylaş: |