Bildirişlər
1. Keçmişdəkilərin tarixi ilə tanışlıq insanda səbir və müqavimət ruhiyyəsini gücləndirir.
2. Bütün peyğəmbərlərin müxalifləri olmuşdur.
3. Tarix boyu peyğəmbərlərin hərəkəti mədəni, elmi və ideoloji bir hərəkət olmuşdur.
4. Peyğəmbərlərin çeşidli möcüzələri olmuşdur. Amma bütün dinlərin əsası birdir. “Bəyyinat” sözü cəm, “kitab” sözü isə tək halda işlədilmişdir.
185. ﴿كُلُّ نَفْسٍ ذَآئِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَما الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ﴾
“Hər bir şəxs ölümü dadasıdır. Şübhəsiz ki, qiyamət günü sizin mükafatınız kamil şəkildə ödənəcək. Hər kəs oddan uzaqlaşıb, behiştə daxil oldusa, nicat tapmışdır. Dünya həyatı aldanış səbəbindən başqa bir şey deyil.”
Dostları ilə paylaş: |